​Elza Seyidcahan yenə təəccübləndirdi - Fotosessiya

Baxış sayı:
16438

Əməkdar artist Elza Seyidcahan obyektiv qarşısına keçib. 
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, ənənəsinə sadiq qalan müğənni yenə də qeyri-adi obraz yaradıb. Aprelin 28-də Heydər Əliyev Sarayında keçiriləcək solo konserti üçün fotosessiya etdirən Seyidcahan bej rəngli tül libas geyinib, başına isə eyni rəngdə aksesuar taxıb. 
Müğənni bildirib ki, konsertində də tamaşaçıları qeyri-adi şou, maraqlı çıxışlar gözləyir. Elza gecədə səhnədə həm mahnı oxuyacaq, həm meyxana deyəcək, həm də şeir söyləyəcək. 
İfaçı səhnəni müğənni Elnur Hüseynovla bölüşəcək.

Elza yenə təəccübləndirdi - Fotosessiya
Elza yenə təəccübləndirdi - Fotosessiya
Elza yenə təəccübləndirdi - Fotosessiya