Elvin İsayevin həbsində azərbaycanlı milyonerin əli varmı? - İŞ ADAMI VİDEO-MÜRACİƏT YAYDI

Baxış sayı:
528

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Azərbaycan əsilli bloger Elvin İsayev saxlanılıb və məhkəmə onun ölkədən çıxarılması barədə qərar qəbul edib.
Sosial şəbəkələrdə yayılan məlumatlarda Elvin İsayevin saxlanılmasında tanınmış azərbaycanlı iş adamı, "Konrad" Şirkətlər Qrupunun  prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovun da əlinin olduğu bildirilib.
Məsələ ilə bağlı Sankt-Peterburq şəhərində yaşayan başqa bir tanınmış iş adamı, "Viləş" Şirkətlər Qrupunun prezidenti və eyni zamanda da Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Məşkur Qasımov video-müraciət yayıb.
Məşkur Qasımov bildirib ki, Vaqif Məmişovun adının Elvin İsayevin saxlanılması hadisəsində hallandırılması yanlışdır: "Vaqif Məmişovun Elvin İsayevlə heç bir tanışlığı olmayıb. İddia edirlər ki, Vaqif Məmişov Azərbaycan hakimiyyətinin Elvin İsayevi həbs etdirib. Azərbaycan hakimiyyətinin Elvin İsayev barəsində tədbir görməsi üçün kifayət qədər gücü var. Bunun üçün Vaqif Məmişova ehtiyacı yoxdur".
Onu da qeyd edək ki, Elvin İsayev sosial şəbəkələrdə Milli Məclis deputatlarının və dövlət xadimlərinin ünvanına qeyri-etik ifadələr işlətməklə məşhurlaşıb./yeniavaz