​Elton Məmmədov Hadisənin plyajından danışdı – AÇIQLAMA

Baxış sayı:
6718

İş adamı Anar Məmmədovun türkiyəli müğənni Hadisə üçün aldığı çimərliyin dağıdılması xəbərinə onun əmisi, keçmiş millət vəkili Elton Məmmədov münasibət bildirib.
Elton Məmmədov Teleqraf.com-a bu barədə məlumatsız olduğunu deyib: “Bu sualı kimə ünvanlandığınızın fərqində olmalısız. Mən Anar Məmmədov deyiləm. Bu haqda da heç nə bilmirəm. Çimərliyin kimə aid olduğunu bilmirəm”.
Qeyd edək ki, Bodrumda yerləşən və Hadisəyə aid “La Plaj” məhkəmənin qərarı ilə dağıdılıb. Səbəb isə plyajın qanunsuz salınması olub.
Məlumata görə, “La Plaj” 2016-ci ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov olub. O, plyajı Hadisə Azərbaycana gələndə ona hədiyyə edib.
Məlumatın yayılmasından keçən bir neçə gün ərzində nə Anar Məmmədovun özü, nə də yaxınları bu barədə yayılmış məlumata aydınlıq gətirməyib.