​Elton Con səhnədən getdiyini açıqlayıb

Baxış sayı:
1865

Dünya şöhrətli ingilis müğənni Elton Con səhnə fəaliyyətinə son qoyduğunu bildirib.
Muxalifet.az-ın məlumatına görə, müğənni sonuncu dəfə pərəstişkarları ilə görüşəcəyini də əlavə edib.
Onun sözlərinə görə, o, bu ilin sentyabr ayında bir neçə şəhərə qastrola yollanacaq.
İngilis mətbuatının yaydığı məlumata əsasən, təxminən 50 ildir səhnədə olan Con bundan sonra vaxtını övlad və nəvələri ilə keçirmək istədiyini bildirib.
70 yaşlı müğənni, onun bu qərarının səhhəti ilə bağlı olmadığını da əlavə edib.