Elon Maskdan şok: Atam şeytan idi...

Baxış sayı:
1687

Atam şeytanın ən incə detallarına kimi düşündüyü bir planıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri “SpeysX” və “Tesla” şirkətinin rəhbəri Elon Mask Cənubi Afrikada yaşayan və tanınmış bir mühəndis olan atası 72 yaşlı Errol Mask barəsində deyib.
“O, ağlınıza gələ biləcək istənilən pisliyi etmiş birisidir. O qədər pis insandır ki, buna inana bilməzsiniz”, - Mask bildirib.
Dietoloq və model olan anasının da onunla maraqlanmadığını bildirən Mask deyib ki, məni ata-anamdan çox kitablar, xüsusən də İsak Asimovun kitabları böyütdü.
Elon Maskın ailəsi ilə bağlı ifadələrinə atasından cavab da gecikməyib.
“Həyatımda etdiyim en böyük pislik evimizə girən silahlı 6 nəfərdən 3-nü öldürməyim olub. Bu zaman isə məhkəmə haqqımda özümü müdafiə etdiyim üçün bəraət qərarı çıxarıb. Gərgin iş qrafikinə görə nə mən, nə də 3 uşağımın anası Maye Elonla çox maraqlana bilməmişik. Elon artıq böyüməlidir. Ərköyün bir uşaq kimi aparır özünü. İstədiyini ala bilmədiyi üçün indi mənə “şeytan” deyir”. – atası deyib.
Qeyd edək ki, Elon Maskın “Speys X” şirkəti Marsın hansı formada olduğunu müəyyənləşdirmək üçün 2024-cü ildə qırmızı planetə ilk dəfə insan göndərməyi planlaşdırır.