Elon Mask şizofreniya və autizm problemini həll edəcəyinə əmindir

Baxış sayı:
298

Amerikalı iş adamı Elon Mask əmindir ki, yaratdığı "Neuralink" şirkəti, beyin funksiyasının pozulmasına dair problemlərin həllinə kömək edəcək. O, bunu müsahibəsi zamanı bildirib. "Xüsusilə autizm, şizofreniya, yaddaş itkisi haqqında danışa bilərik ... İnanıram ki, beyin və ya onurğa beyninin ciddi şəkildə zədələndiyi hallarda "Neuralink"in böyük faydası ola olacaq", - deyə Mask qeyd etmişdir.

Muxalifet.az deyerler.org-a istinadən bildirir ki, sahibkar əlavə olaraq gələcəkdə "Neuralink"in ağılın necə işlədiyini və insan beyninin işini daha yaxşı başa düşəcək metodlar hazırlayacağını demişdir. Şirkət 2016-cı ildə təsis edilib. Bu yay, "Neuralink" əvvəlcə, beyindən məlumat oxuya biləcək kiçik bir çipin hazırlanacağı haqqında danışmışdı. İflic olmuş insanların beyninə yeridilmiş çipin köməkliyi ilə xəstələr elektron cihazları idarə edə biləcək. Mikroçiplər ilk olaraq siçanlar və meymunlar üzərində təcrübə edildi. Startapın prezidenti Maks Xodak növbəti il ilinsanlar üzərində klinik tədqiqatların aparılıaçağını bildirib. Bunun üçün ABŞ-ın Qida və Ərzaqların keyfiyyəti və nəzarəti üzrə İdarədən icazə istəniləcək.