Elnur Məmmədlinin təyinatı barədə yazılanlar dezinformasiyadır - MƏDƏT QULİYEVİN İDARƏSİ TƏKZİB EDİR

Baxış sayı:
2135

Bəzi KİV-lərdə Olimpiya çempionu Elnur Məmmədlinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yanında Milli Aerokosmik Agentliyinin direktor müavini təyin olunduğu barədə xəbərlər yayılıb.

Ancaq Müdafiə Sənayesi Nazirliyinin ictimaiyyətlə əlaqələr xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu məlumat həqiqətə uyğun deyil.