​Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işi ilə bağlı növbəti MƏHKƏMƏ

Baxış sayı:
256

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin vəkili vəsatət qaldırıb.
O daha əvvəl prosesdə şahid qismində dindirilmiş bacı-qardaş - Murad və Müjgan Mehdiyevlərin yenidən məhkəmədə ifadə vermələrini istəyib.
Vəsatət təmin edilib.
Məhkəmə iclası oktyabrın 25-nə təyin edilib.
İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.
E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.
Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.
Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.