Elmar Vəliyev yenə “birinciliyi ələ aldı” – ÖTƏN HƏFTƏ SAYTLAR ƏN ÇOX GƏNCƏNİN İCRA BAŞÇISINDAN YAZDI

Goranboyun icra başçısı Nizaməddin Quliyev ikinci, Nərimanovun başçısı Abdin Fərzəliyev üçüncü yeri tutub

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
 
Beləliklə, ötən həftə “Gəncə İcra Hakimiyyətinin sektor müdirindən başçıya və müavininə şok ittiham”“Elmar Vəliyevin “sağ əli” ilə bağlı ilginc dosye” adlı 2 yazının  19 saytda işıqlandırılması ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev adı mətbuatda ən çox hallanan icra başçısı olmuşdur.

Hesabat dövründə adı ən çox hallanan İcra başçıları arasında 2-ci yeri “Cənnətdən cəhənnəmə “dönən” Goranboy: ZİBİLLİK, ÜFUNƏT, VƏHŞİ HEYVANLARIN MƏSKƏNİ”“Goranboyun başçısı prezidentin açılışını etdiyi stadionu söküb öz obyektinə daşıyır” adlı 2 məqalənin 9 elektron KİV-də yayımlanması ilə    Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tutur.

Nəhayət, həftə ərzində mətbuatda adı ən çox hallanan İcra Hakimiyyəti başçıları arasında 3-ci yerdə “Nərimanov İcra Hakimiyyətində korrupsiya bataqlığı ''örtülü cinayətlər'”“İldə dörd dəfə evlənib, hər xanımına... - Nərimanov RİH-ə "bomba kimi düşəcək" şok ittihamlar” başlıqlı 2 məqalənin 13 saytda yayılması ilə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev olmuşdur.

Muxalifet.az