​Elmar Vəliyevə sui-qəsd: iqtidardaxili klanların mübarizəsi, yoxsa...

Qazax rayonunun icra başçısı Rəcəb Babaşov və Kürdəmirin rəhbəri Ceyhun Cəfərov haqda şok faktlar...

Baxış sayı:
19486

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 09-16 iyul 2018-ci il tarixində mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Atəş açılan zaman Elmar Vəliyev yerə yıxılıb - İcra başçısı ilə bağlı YENİ XƏBƏR”, “'Elmar Vəliyev kimdir: Rayon icra başçısı, yoxsa Gəncə dərəbəyi?”, “Elmar Vəliyev işinə görə 4 xəbər saytı bağlandı - CİNAYƏT işləri başlanıb”, “Elmar Vəliyev haqqında kimsənin bilmədiyi daha bir sirr açıldı - Aprel döyüşlərində…”, “'Elmar Vəliyev işinə görə həbslər və cərimələr”, “Tanınmış jurnalistlərə cinayət işi açıldı – Elmar Vəliyev hadisəsi ilə bağlı", “'Elmar Vəliyev olayı ilə bağlı 12 nəfər saxlanılıb - Rəsmi”, “'“Elmar Vəliyev Bakı meri olmaq istəyirdi: onun vurulması klanların mübarizənin nəticəsi də ola bilər””, ““Elmar Vəliyevə sui-qəsdin arxasında xarici qüvvələrin durduğu ehtimalı daha inandırıcıdır” - ADP SƏDRİNİN MÜAVİNİ”, 'Elmar Vəliyev İsraildə bu xəstəxanada yatır? - Abramov”, “Bu da Elmar Vəliyev! – Xəstəxanadan FOTO”, “Elmar Vəliyevin müalicə olunduğu xəstəxananın qiymətləri nə qədərdir və bu xərcləri kim ödəməlidir?” başlıqlı 12 məqalənin 18 saytda yayılması ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri “Son Dəqiqə! İşdən çıxarılacaq icra başçılarının adları... MƏLUM OLDU”, “Qazax ictimaiyyətindən icra başçısına qarşı ittihamlara münasibət…”, “Qazaxda bayrağımız bu halda– Yerli hakimiyyət hara baxır?! (FOTO)”, “Fazil Məmmədovun kadrları qurtuldumu? - Proses davam edir…” başlıqlı 4 məqalənin 11 elektron KİV-də yayılması ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-cü yeri isə “Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir?”, “'İcra başçısı narazılıq yaradır... - fəhlələri öz zavodunda işlədib, pullarını vermir” başlıqlı 2 məqalənin 10 elektron KİV-də yayılması ilə Kürdəmir rayonun icra başçısı Ceyhun Cəfərov tutur.
 
Muxalifet.az