​Elmar Vəliyev ötən həftənin “qəhrəmanı” oldu – MİRDAMƏT SADIQOV ONU ADDIM-ADDIM “İZLƏYİR”

Xocavənd rayonu icra başçısı Eyvaz Hüseynov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov üçüncü yeri bölüşürlər

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.

Beləliklə, ötən həftə mətbuatda ən çox adı hallanan İcra hakimiyyətin başçıları arasında 1-ci yeri  “Elmar Vəliyev məktəb tikiləcək ərazini satıb? - Sakinlər iddia, icra başçısı isə təkzib edir” adlı məlumatın - 8 elektron KİV-də yayımlanması ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev  və

"Hesablama Palatası İsmayıllı “,Şah”ının korrupsiyanı faş etdi”, “İcra başçısı mərhum anasının adına olan torpaq sahəsini necə genişləndirib?” adlı 2 məqalənin 8 elektron KİV-də yayımlanması ilə  İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bölüşdürür.

Mətbuatda ən çox adı hallanan İcra hakimiyyəti başçıları arasında 2-ci yeri isə “Dinc şəraitdə rəhmətə gedən qardaşına şəhid statusu alan başçı” adlı yazının 5 elektron KİV-də yayılması ilə Xocavənd rayonu icra başçısı Eyvaz Hüseynov

"Gecə ilə şəhidlərin plakatlarını sökdülər" adlı yazının da 5 elektron KİV-də yayılması ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bölüşdürür.

Muxalifet.az