Elmar Vəliyev obyektini əlindən aldı, müflis oldu - MƏHKƏMƏ OBYEKTİV QƏRAR VERMƏSƏ, İŞ AVROPA MƏHKƏMƏSNƏ GEDƏCƏK / Video

Baxış sayı:
4378

Rusiya vətəndaşı olan Gəncə sakini Məmmədov Nəsrəddin 1974-cü ildən Rusiyada yaşayıb. O 29 ildən  sonra 2004-cü ildə Gəncəyə gəlib və özünə 10 sotluq yerdə obyekt  alıb. 2010-cu ildə Elmar Vəliyev Gəncəyə  İcra başçı təyin edildikdən sonra 2011-ci ildə sahibkarın ərazisi yolu genişlətməliyik bəhanəsi ilə sökülüb.

Vətəndaş haqqını tələb etmək üçün məhkəməyə müraciət etsə də müsbət qərar çıxmayıb. Sahibkar həmin ərəfədə keçirdiyi streslərə görə müxtəlif xəstəliklər tapıb. Onun heç bir yerdən gəlir yeri yoxdu.

Məmmədov yenidən məhkəməyə müraciət edib. Əgər müsbət cavab almasa Rusiya səfirliyinə və Avropa məhkəməsinə müraciət edəcəyini bildirib./Turan