ELMAR VƏLİYEV HƏFTƏSİ – Ötən həftə 85 sayt icra başçısının vurulmasından yazdı

Beyləqanın icra başçısı Vaqif Abdullayevlə, Şamaxının icra başçısı Asif Ağayev isə ikinci və üçüncü yerləri bölüşürlər

Baxış sayı:
13822

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 03-09 iyul 2018-ci il tarixində mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Gəncənin icra başçısına silahlı hücum - Mühafizəçi öldürüldü”, “'Elmar Vəliyev İsraildə müalicə olunacaq”, “Elmar Vəliyev sui-qəsdinin təfərrüatı: Başçı sağdırmı və əslində silah kimə məxsus imiş?”, “Gəncənin icra başçısı Elmar Vəliyev xəstəxanada dünyasını dəyişib? - YENİLƏNİB”, “Elmar Vəliyev sui-qəsdi: səs yazısında diqqət çəkən detal”, “Nazirlikdən açıqlama: "Elmar Vəliyev yaralanıb, lazımi yardım göstərilir" (YENİLƏNİB)”, “İcra başçısı Elmar Vəliyev başından vurulub”, “ŞOK: GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB! – Elmar Vəliyev ağır yaralıdır, cangüdəni ölüb! (Yenilənir)”, “Kərəm Həsənov Elmar Vəliyev üçün Türkiyədən professor gətirdi – Əməliyyatdan son xəbər – VİDEO – FOTO”, “Deputat Fəzail Ağamalı: “Bu söyüşlərin bir axırı olmalıydı…””, “Fəzail Ağamalı: “İcra başçıları niyə mühafizəçi gəzdirməlidir, onlar xalqın yanında olmalıdır””, “ŞOK: GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB! – “Elmar Vəliyevə 1 güllə dəyib” (Yeniləndi)” başlıqlı 13 məqalənin 85 saytda yayılması ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tutur.

Hesabat dövründə elektron KİV-lərdə adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “İş adamı Qəhrəman Qəhrəmanov icra başçısından niyə narazıdı? - İTTİHAM”, “Beyləqanda Bakir Balakişiyev kabusu: Bələdiyyədən şəhər merinədək talan yolu”, “Beyləqanda büdcəyə qənim kəsilənlər var - İTTİHAM” başlıqlı 3 məqalənin 9 elektron KİV-də yayılması ilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 3-cü yeri isə “Şamaxı əhalisi icra başçısından qurtulmaq istəyir - Şamaxıda nə baş verir” başlıqlı məqalənin 1 elektron KİV-də yayılması ilə Şamaxının icra başçısı Asif Ağayev tutur.

Muxalifet.az