​Elmar Məmmədyarov Tbilisidə gürcüstanlı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşüb.
Görüş GUAM-ın 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli və GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
 
***
11:02
 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Gürcüstana səfərə gəlib.
Virtualaz.org-un məlumatına görə, səfərin məqsədi GUAM-ın 20 illik yubileyi ilə əlaqədar Tbilisidə keçiriləcək tədbirlərdə iştirak etməkdir. Yeri gəlmişkən, tədbirlər çərçivəsində təşkilatın yaranmasından keçən vaxt ərzində görülən işlər, qarşıda duran vəzifələr, strateji planlar, perspektivlər, təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü, münaqişələr, eləcə də regionda həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri, GUAM daxilində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.
E.Məmədyarovun Gürcüstanın baş naziri və digər dövlət və hökumət üzvləri ilə görüşü də nəzərdə tutulub.