​Elman Rüstəmov zirehli maşınlar alır

Azərbaycan Mərkəzi Bankı (AMB) nağd pul və qiymətlilərin daşınması üçün inkassasiya və təhlükəsizlik avtomobillərinin alışına dair tender elan edib.
"Turan"ın məlumatına görə, bankın tender elanında qeyd edilir ki, birinci tender üzrə təkliflərin qəbulu sentyabrın 14-də başa çatıb. Lakin “Dövlət satınalmaları haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, tender iştirakçılarının sayı 3-dən az olduğuna görə AMB bu tenderi baş tutmamış hesab edib.
Tenderdə iştirak haqqı 150 manat təşkil edir. Təkliflər noyabrın 4-dək qəbul ediləcək. Təkliflərin açılması proseduru noyabrın 5-də keçiriləcək.
Tenderin şərtlərinə əsasən, inkassasiya avtomobilləri müqavilənin imzalandığı gündənən etibarən 150 təqvim günü ərzində AMB-yə təqdim edilməlidir.