Elm tarixində ən dəhşətli sınaq: Balaca Albertin üzərində aparılan qorxunc təcrübənin - TƏFƏRRÜATI, FOTOLAR, VİDEO

Baxış sayı:
644

Elm üçün hər şey məqbuldurmu?

Amerikalı psixoloq Con Broadus Vatson 8 aylıq körpə olan Albert üzərində etik qaydalara riayət etmədən tarixdə ən utancverici bir təcrübə keçirib.

O, “Qorxu sonradan əldə edilmiş bir refleksdir və ya fitri bir çağırışdır” sualına uzun zaman idi ki, cavab tapa bilmirdi. Vatson nəhayət, bu suala kiçik bir körpənin həyatı bahasına cavab tapa bilib.

Davranış psixologiyası məktəbinin qurucusu Vatson və köməkçisi Rosalie Rayner Con Hopkins xəstəxanasının körpələr evində qalan uşaqların davranışlarını izləyiblər.

Lakin qorxu ilə bağlı suallarına dəqiq cavab tapa bilmək üçün uşaqların üzərində təcrübə aparmaq qərarı alıblar.

Bu minvalla Vatson və onun komandası bu tədqiqatda istifadə etmək üçün körpə axtarışına çıxıblar. Bir çox ailəyə müraciət etsələr də, onların heç biri bununla razılaşmayıb. Nəhayət, bir ailə Albert adlı 8 aylıq körpəsinin bu araşdırmada istifadə edilməsinə razı olub.  

küçük albert deneyi ile ilgili görsel sonucu

Beləliklə tarixdəki ən önəmli və dəhşətli psixoloji təcrübələrdən biri olan “Kiçik Albert Təcrübəsi”nə başlamazdan əvvəl balaca Alberti bir neçə emosional testdən keçiriblər.

Körpəyə ağ siçan, yanan kağız parçaları, parik, maska kimi əşyalar göstərilib. Burada məqsəd Albertin bunlara şərtsiz reaksiya verib-verməyəcəyini araşdırmaq olub. Nəticədə Albert gördüyü bu obyektlərdən qorxmayıb və hər şeyə gülümsəyib.

küçük albert deneyi ile ilgili görsel sonucu

Bu testdən sonra balaca Alberti bir otağa aparıblar. Otaqda Albertin paltarlarından başqa heç nə olmayıb. Daha sonra Vatson və onun köməkçisi Rayber Albertin yanına ağ rəngli laboratoriya siçanlarını salaraq otaqdan çıxıblar. Albert bu dəfə də siçandan qorxmayıb. Onu tutmağa çalışıb, sığallayıb və durmadan gülümsəyib.

Təcrübənin bu mərhələsinə kimi hər şey qaydasında gedib. Artıq növbəti mərhələyə keçmə zamanı gəlib. Bu mərhələdə Albert hər dəfə siçana toxunduğu zaman Vatson və onun köməkçisi iki dəmir çubuğu (çəkic və polad çubuq) bir-birinə vuraraq səslər çıxarmağa başlayıblar. Səsləri eşidən balaca Albert ağlamağa başlayıb. Otaq yenidən sakitləşdikdən sonra isə o, yenidən siçanla oynamağa başlayıb. Körpə siçana toxunan kimi psixoloqların çıxardığı həmin gurultulu səsə məruz qalıb. Təcrübənin bu mərhələsi bir neçə gün davam edib.

Vatson və Rayner təcrübəni daha da təkmilləşdirmək qərarı alıblar. Onlar siçandan əlavə uşağa dovşan və digər tüklü əşyalar da veriblər.

küçük albert deneyi ile ilgili görsel sonucu

Nəticədə Albert, xüsusilə də ağ, tüklü bir cisim görən kimi bundan qorxub, ağlamağa başlayıb və qaçmaq istəyib.

Bu isə o deməkdir ki, Albert artıq dəmir çubuqlardan çıxan səs olmasa belə, bu ağ və tüklü əşyalardan qorxub.

Əldə etdikləri nəticələrlə yetinməyən psixoloqlar son olaraq ağ saqqallı və tüklü kostyumlar geyinərək otağa giriblər. Qarşısında böyüyən tüklü cismləri görən zavallı körpənin qorxusu daha da artıb və bu qorxu onun yaddaşına yazılıb.

küçük albert deneyi ile ilgili görsel sonucu

Bu təcrübə əsasında 1920-ci ildə elm adamları şərti qorxunun olduğunu sübut edə biliblər. Fəqət təcrübə uğruna 8 aylıq bir körpənin psixologiyasının darmadağın edilməsi və bunun sonradan müalicə edilməməsinə görə insanlar Vatson və onun komandasını tənqid etməyə başlayıblar. Bir reallığı da qəbul etmək lazımdır ki, Albertin psixologiyasının müalicə edilməsinə başlasalar belə, keçmişin dərin və qaranlıq izinin nə qədərinin silinəcəyi də məlum deyildi.

Aparılan təcrübədən sonra balaca Albertin başına nə gəldiyi ilə bağlı bir çox rəvayətlər var. Yazar Tom Bartlettə görə, Albertin anası Arvilla Merritte təcrübə aparılan xəstəxanada süd anası idi. O dövrə görə onun sosial statusu xəstəxananın digər işçilərindən olduqca aşağı idi. O, maddi imkansızlığa görə körpəsinin təcrübədə istifadə edilməsi təklifinə razı olmuşdu.

Başqa bir yazar Findinq Littlenın Albert adlı kitabında yazdıqlarına görə, anasının körpənin üzərində aparılan təcrübədən xəbəri yox idi. Kitabda bundan başqa bildirilir ki, o, təcrübələrin fərqinə vardığı zaman uşağını da götürərək, qaçıb.

küçük albert deneyi ile ilgili görsel sonucu

Balaca Albertin faciəvi ölümü

Amerika Psixoloji Dərnəyinə görə, kiçik Albertin əsl adı Douglas Merritte olub. Araşdırmalara görə, o, 6 yaşında olan zaman hidrosefali (beyinə su yığılması) xəstəliyindən vəfat edib./Musavat.com