​Elm adamları bu kəşfi illərlə gözləyib – NASA ALİMLƏRİ ŞOKDA

Səma cismlərini öyrənən amerikalı alimlər Günəş sistemində yenicə aşkarladıqları naməlum cismin ulduzlar arası ilk ziyarətçi ola biləcəyini açıqlayıblar.
Muxalifət.az xəbər verir ki, Havay Universitetinin alimləri  bu ayın əvvəlində A/2017 U1 adı verdikləri yeni bir naməlum göy cismi təsbit ediblər.  Onların fikrincə, quyruqlu ulduz, yaxud da asteroid olan bu cism başqa qalaktikadan gəlib. Əgər onların bu təxmini doğru çıxsa, bu cism dünyadan müşhaidə olunan ulduzlararası ilk obyekt olacaq.
NASA-nın Mərkəzi idarəçisi Paul Çodas açıqlamasında bildirib ki, onlar illərdir bu anı gözləyiblər: “Uzun müddətdir ki, bu tərzdəki göy cismlərinin, yəni ulduzlar arasında hərəkət edən və bizim Günəş sistemindən keçən asteroid və quyruqlu ulduzlarla bağlı fikirlər vardı. Amma indiyədək bu, sübut olunmamışdı”.
400 metr çapındakı cism Lyra ulduz sistemi səmtindən gəlib. Oktyabrın 14-də 1,5 milyon məsafəylə Yer kürəsinə ən yaxın gələ bilən cism oldu.
NASA alimləri bildirir ki, naməlum obyekt çox sürətlə hərəkət etdir: ”Bu cismin Günəş sistemindən çıxmağa doğru yol aldığını və geri dönməyəcəyini əminliklə demək olar”.