​“Elina ilə danışan icra başçısının müavinidir” - ŞOK AÇIQLAMA - VİDEO

Baxış sayı:
8179

Əməkdar artist Röya Ayxan 162 saylı tam orta məktəbdə özünü öldürən Elina Hacıyeva ilə bağlı paylaşım edib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, müğənni E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramova olduğu qeyd edib:
“Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir.  Ay gözəl xanım, bu sualın yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuz. Mən də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim. Çox şükür ki, ona və o günə… Boşanan ailənin qızı idim. Şükür ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz bizi məcbur edirsiz”.  
 

 
  • “Elina ilə danışan icra başçısının müavinidir” -ŞOK AÇIQLAMA (VİDEO)

“Elina ilə danışan icra başçısının müavinidir” -ŞOK AÇIQLAMA (VİDEO)