Eldar Əzizovun kürəkəni yeni vəzifəyə təyin edildi - FOTO

Baxış sayı:
1548

Milli Məclisdə kadr islahatları davam edir.

Muxakifet.az BakuPost-a istinadən xəbər verir ki, yeni yaranan Yerli icra hakimiyyətləri ilə iş şöbəsinə müdir müavini təyin olunub. Bu vəzifəyə MM-də məsləhətçi kimi çalışan Tağıyev Teymur Aqil oğlu gətirilib.

T. Tağıyev Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin qardaşıdır.

Qeyd edək ki, bu ilin mart ayında Yevlaxa icra başçısı təyin olunan Anar Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.