​Eldar Əzizovdan sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR: Bakı şəhərinin bütün qəsəbələrinin...

Baxış sayı:
1084

Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Binəqədi rayonu Binəqədi qəsəbəsinin sakinləri ilə görüşü olub.
“Yeni Sabah” xəbər verir ki, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Alahverdiyev, müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri, Binəqədi qəsəbəsinin ayrı-ayrı məhəllələrinin sakinləri, ağsaqqallar, həmçinin qonşu Biləcəri qəsəbəsinin nümayəndələri iştirak edib.
Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan Eldar Əzizov bildirib ki,  “Dövlət başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.  
“Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə 39 sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəbin tikintisi  və s. olub. 
Görüşdə sakinləri daha çox narahat edən problemlərdən olan  fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsinə toxunan Eldar Əzizov bildirib ki, bu problem on illiklərdən bəri yığılıb qalmış problemdir. Ölkə başçisı bu problemin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. “Tərəfimizdən işçi qrup yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlarla birgə işlər aparılır. Tikilən evlərin sənədləşmə prosesində bir sıra əlavə problemlər ucbatından bu işləri 1 anda həll etmək mümkün deyildir, vaxt tələb olunur. Hər halda məsələ nəzarətdə saxlanılır”.