Eldar Əzizov yanğın baş verən əraziyə gedib: "Vəziyyət nəzarətə götürülüb"

Baxış sayı:
4365

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.

E.Əzizov "Report"un hadisə yerində olan müxbirinə açıqlama verib.

İcra başçısı bildirib ki, mütəxəssislər real vəziyyəti təhlil edərək rəy hazırlayacaqlar: “Gördüyünüz kimi, yanğın bir evdə qeydə alınıb və hazırda nəzarətə götürülüb. Hadisənin səbəbləri araşdırılır”.