​Eldar Əzizov: “Prezident Bakıda heykəllərin qoyulması barədə tapşırıq verib”

Baxış sayı:
6598

“Mədəniyyət xadimlərinin heykəllərinin qoyulması üçün Prezident tərəfindən bizə tapşırıqlar verilir”.
ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E.Əzizov deyib ki, mütəxəssislər təkliflər hazırlayırlar: “Azərbaycanda bu cür məsələlər kollegial qaydada həll olunur. Memarlar və heykəltəraşlar öz təkliflərini hazırlamalıdırlar. Proses başlayıb. Hacı Zeynalabdin Tağıyevin və digərlərinin heykəllərinin qoyulması məsələsi qaldırılıb. Hər halda, memarlar və heykəltəraşlar təkliflərini hazırlayırlar. Bu günlərdə təkliflər ictimaiyyətə təqdim olunacaq”.