Eldar Əzizov Bakıda 3 hektar ərazinin hasarlarını sökdürdü - VİDEO

Baxış sayı:
6358

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın rayonlarında qasnunsuz zəbt olunmuş ərazilərin hasarlarının söküntüsü işləri davam etdirilir.

Muxalifet.az “Report”a istinadən Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki “Zeytunluq” adlanan ərazidə söküntü işləri zamanı hazırladığı videomaterialı təqdim edir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində, ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.