​Eldar Sabiroğlunun oğlu 9 il azadlıqdan məhrum edildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Muxalifet.az saytının əldə etdiyi xəbərə görə, R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.