Eldar Mahmudovun rəis əmisi oğlu işdən çıxarılıb... - YENİLƏNİB

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İlqar Mahmudov Səbayel Rayon Polis İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.
Daxili İşlər Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, İ.Mahmudovun vəzifədən kənarlaşdırılması ilə bağlı daxili işlər naziri tərəfindən imzalanmış əmr də var, amma həmin əmrin icrası ləngiyir.
*   *   *10:22
Səbayel Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bunu Trend-ə Səbayel Rayon Polis İdarəsindən bildiriblər.
İdarədən verilən məlumata görə, hazırda İ.Mahmudov işinin başındadır. Onun işdən azad edilməsi ilə bağlı da heç bir əmr və ya qərar verilməyib.
*   *   *10:08
Səbayel Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.