Eldar Mahmudova CİNAYƏT İŞİ AÇILIR

MTN polkovnikinə 12 il həbs cəzası verildi
 
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün prokurorluğa təqdimat göndəriləcək. Bu haqda Bakı Hərbi Məhkəməsində iyulun 10-da xüsusi qərar çıxarılıb.
Bu qərar MTN-in İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərova hökm oxunarkən məlum olub. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə çıxarılan hökmə əsasən, MTN-in keçmş müstəntiqi 12 il azadlıqdan məhrum edilib.
Həmçinin Vüsal Ələkbərovun polkovnik rütbəsi də əlindən alınıb, onun üzərində həbs olan 1 milyon 277 min manatlıq əmlakı da müsadirə olunub.
Qeyd edək ki, Vüsal Ələkbərov sahibkarlara hədə-qorxu gəlib, saxta ittihamla həbs edib, onlardan pul almaqda ittiham olunurdu. Prokuror ona 15 il həbs cəzası istəmişdi.
Vüsal Ələkbərov ittihamları qəbul etmir, zərərçəkənlərin MTN-in düşdüyü vəziyyətdən sui-istifadə edib ona böhtan atdığını bildirir.
Azadliq.info