​Elçiliyə gedib "Yox" cavabı aldı - Əsəbləşib sevdiyi qızı bıçaqladı

Baxış sayı:
8818

Şəmkirdə bıçaqlanma hadisəsi olub.
Hadisə rayon mərkəzindəki marketlərin birində qeydə alınıb. Belə ki, 25 yaşlı rayon sakini İbrahimli Suheyla Azər qızı sevdiyi oğlan tərəfindən bıçaqlanıb. Yaralı dərhal  xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Hadisəyə səbəb kimi qızın oğlana verilməməsi göstərilir. Cinayəti törədən şəxs artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./Unikal