Elçibəyin qardaşı oğlu Qılıncdaroğlu ilə görüşdü - FOTO

Baxış sayı:
5612

Bəyaz hərəkatinin təşklat komitəsinin sədri eks prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev Cümhuriyyət Xalq Partiyasının Kamal Qılıncdaroğlu ilə görüşüb. CHP lideri Kamal Kılıçdaroğlu, Hürrü Əliyevi partiyanın mərkəzi qərargahında qəbul edib. Onlar iki ölkə arasında münasibətlərdən, Dağlıq Qarabağ problemi, partiyalar arası əlaqələrdən danışıblar. Görüşün sonunda Hürrü Əliyev Kamal bəyə Əbülfəz Elçibəyin əsərlərinin cəmləndiyi “İstiqlal, Hürriyyət, Bütövlük Strategiyası” kitabını hədiyyə edib. Kılıçdaroğlu isə öznövbəsində Atatürk adına Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi hazırlanmış hədiyyəni Hürrü Bəyə təqdim edib.