Elan edilməmiş savaş başlaya bilər: Plan deşifrə edildi

Baxış sayı:
1948

ABŞ Çindən yardım alan Səudiyyə Ərəbistanının ballistik raket proqramını böyük ölçüdə genişləndirdiyinə dair kəşfiyyat məlumatı alıb.
Muxalifet.az xəbər verir ki, Donald Tramp administrasiyası bu kəşfiyyat məlumatını Konqresdə olan demokratlarla paylaşmayıb, demokratlar isə bunu başqa bir mənbədən əldə edib.
Tramp hökuməti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya ümumi həcmi 8 milyard dollar olan silah satışını həyata keçirə bilmək üçün “fövqəladə vəziyyət” elan edib. Konqres isə bunun qarşısını almaq və silah satışını bloklamaq üçün yeni qanun layihəsi hazırlığına başlayıb.
Amerika kəşfiyyatının məlumatına görə, Səudiyyə Ərəbistanı son dönəmdə ballistik raket cəbbəxanasını genişləndirmək üçün Çinlə gizli anlaşıb.
ABŞ Konqresi bu gəlişmənin Yaxın Şərqdə elan edilməmiş savaş ehtimalını gücləndirəcəyindən narahatdır.