“Elə qadınlar var ki, qardaşları Aqşindən...” – Ələkbərdən sərt tənqid

Baxış sayı:
27484

"Aqşin istəyir incisin, istəyir inciməsin, ancaq mən bir söz desəm onu edərəm. Desəm ki, gedirəm, birdəfəlik gedərəm, qayıtmaram. Qayıtsam da elə qayıdaram ki, hamı mənə hörmət qoysun. Kiməsə irad bildirmərəm. Ona görə gərək evdə oturaydı”.
Muxalifet.az
xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı 12 ildən sonra səhnəyə qayıdan həmkarı Aqşin Fateh haqqında söyləyib.
Ələkbər Xəzər TV-nin "Hər şey daxil" verilişində Aqşin haqqında bu fikirləri səsləndirib:
"Aqşin dostumuzdur, amma elə mövzular var ona girməməlidir. Girsə batar. Bu dəqiqə elə dövrdü ki, insanlara geyimə görə qiymət vermək olmaz. Elə geyinən qadınlar var ki, qardaşları Aqşindən qat-qat yaxşı oğlandır. Bəzən də baxırsan oğlandır cırıq-cırıq şalvar geyinir, ona da bir söz deyə bilməzsən. / Baku.ws