Ekspertlər Qüds Bəyannaməsini şərh etdi: UZUN YOLUN İLK ADDIMI

Baxış sayı:
3292

Türkiyə prezidenti Ərdoğanın çağırışı ilə İstanbulda toplanan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Şərqi Qüdsü Fələstinin paytaxtı elan etməsi İslam aləmində məmnuniyyətlə qarşılanıb. Fələstinli araşdırmaçı Muin Nəim Çətin, qərara dair "Bu bir başlanğıcdır, ancaq son olmamalıdır. Tətbiqi qərarlar qəbul olunmalıdır" deyib.
 
Qüds Müftisi əl-Şeyx Muhəmməd Hüseyn: Türk xalqına, dövlətinə və hökumətinə Fələstin davasına sahib çıxdığı və dəstək verdiyi üçün təşəkkür edirəm. Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması ikinci Balfur Deklerasyonu kimi sayılır. Tramp malik olmadığı torpaqları, haqq etməyən bir xalqa verməyə çalışır. Qüdsün, siyasi, mənəvi və iqtisadi olaraq dəstəklənməsi lazımdır.
 
Mərmərə Universiteti. İlahiyyat Fakültəsi Prof. Dr. Mahmud Erol Kılıç: Səudiyyə Ərəbistanının aşağı səviyyədə iştirak etməsi iclasa etiraz mənasına gəlir. Müqavimət göstərmədi və iştirak etməyə məcbur qaldı. Qərarların altına imza atdı. Amma sonra Trampa mesaj göndərəcək və məcbur qaldıq o ciddi bir imza deyil sən işə bax - deyəcəkdir. Görüş ABŞ və İsrailin psixologiyasına zərbə vurmuşdur.
 
Yaxın şərq və Afrika Araşdırmaçıları Dərnəyinin sədri Professor Zəkəriyyə Güllə: Qərarlar ağır məsuliyyətləri də özü ilə bərabər gətirir. Test xarakteri daşıyır. Birlikdə olacağıq, ya olmayacağıq? Bunu yaxın günlərdə asanlıqla görəcəyik. İslam Əməkdaşlıq Təşkilatının bir alt komissiya olan Qüdsü Şərif komissiyası var. Bu komissiyanın daha fəal olması lazımdır.
 
İslam Elmləri Fakültəsi Prof. Dr. Mehmet Əli Büyükkara: İƏT daha əvvəl olduqca passiv qərarlar aldı. Qüds üçün alınan qərar yaxşı bir mesaj xarakteri daşıyır. Qərar, ABŞ və İsrail qədər onlarla birlikdə hərəkət edən Ərəb ölkələrini də narahat edir.
 
Yaxın Şərq Mütəxəssisi Oydun Orxan: Qərar regionda çox reaksiya yaradacaq. ABŞ və İsrailin qurmaq istədiyi ittifaq sistemini dağıtmış olacaq. Türkiyə Qüds məsələsində aparıcı rol oynamışdır. Ortaq bir mövqe nümayiş etdirmiş və Qüds qərarı qəti olaraq göstərilmişdir. ABŞ və İsrail Qüds mövqeyinə davam edərsə, İƏT üzvləri tərəfindən ciddi sanksiyaların tətbiq ediləcəyi mesajı verlldi.
 
Fələstinli Tədqiqatçı-Yazıçı Muin Nəim: Çətin şərtlər altında qısa müddətdə birləşdik. Bu başlanğıcdır, ancaq son olmamalıdır. Tətbiqi qərarlar qəbul olunmalıdır. Uzun yolun ilk addımı sağlam olaraq atılıb. İƏT-də alınan qərarlara İsrail və ABŞ müsbət bir reaksiya verməzsə, arxasından sanksiyalar gəlməlidir. Bu gücə malikik. Sanksiya üçün iqtisadi və siyasi gücümüz var.
 
Yaxın Şərq Siyasi Tarixi Mütəxəssisi, Professor Çingiz Çəngə: Dönüş nöqtəsi ola bilər. Lap dibə vurmuş İslam dünyası birləşərək yenidən yüksəlişə keçə bilər. İƏT bəlkə də ilk dəfə ABŞ və İsrailə qarşı bu qədər güclü qərar aldı. Praktikada faydası nə olursa olsun, nəzəriyyədə müşahidəçilərin gözləmədiyi bir qərardır. Çünki S. Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirin buna səs verəcəyi gözlənilmirdi. İslam dünyası ilk dəfə belə bir təpki ortaya qoya bildi.
Müxalifət.az