Ekspertdən nazirliyə təklif - Məktəblərin mühafizəsi...

Baxış sayı:
6070

Qış aylarında ibtidai siniflərdə dərslərin saat 9-da başlanması barədə göstəriş verilməlidir.
BakuPost xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib.
O, orta məktəblərlə bağlı başqa təkliflər də irəli sürüb:
Onun sözlərinə görə, Təhsil Nazirliyi məktəblərin 100 metr yaxınlığında şəxsi avtomobillərin dayanmasının qadağan edilməsi barədə müvafiq qurumlara müraciət etməli, ödənişli əsaslarla şagirdləri daşımaq üçün müəyyən xətlər üzrə avtobuslar təşkil olunmalıdır:
"Müəllim və şagirdlərin oxuması üçün müasir tələblərə cavab verən kitab kataloqu müəyyən edilməli, məktəblərin mühafizə olunması qaydaları işlənib hazırlanmalı və bu işə xüsusi bacarıqları olan xanımlar da cəlb olunmalıdır”.
K.Əsədov bundan sonra mütəmadi olaraq yeni təkliflərlə çıxış edəcəyini bildirib.