Ekspertdən HƏYƏCAN SİQNALI - Rusiyada neçə potensial Çernobıl - "RUS RULETKASI" var?

Baxış sayı:
3541

Rusiyanın nüvə təhlükəsizliyi üzrə sosial-ekoloji şurasının eksperti Andrey Ojarovskinin sözlərinə görə, Rusiyadakı hər bir AES və ya “Rosatom”un qonşu ölkələrdə tikdiyi AES-lər potensial Çernobıl deməkdir. Muxalifet.az bildirir ki, bu barədə politoloq Pol Qobl Facebook səhifəsində məlumat verir. O, bildirir ki, bu stansiyaların çoxunun köhnəlib bağlanması ciddi problemlərdən xəbər verir; onarın nüvə tullantılarının utilizasiyası bir problem, həmçinin onlardan vəsait əldə etmək üçün başqa ölkələrə satılması başqa problemdir. Ojarovskinin fikrincə, məsələnin iki aspekti var: bir tərəfdən radiasiya sərghədləri adlayıb başqa ölkələrə keçdiyinə görə, bu stansiyaların problemi beynəlxalq problemdir. Belə ki, Belorusda və ya Sankt- Peterburqdakı qəza yalnız Rusiyaya deyil, başqa ölkələrə də toxunacaq. Digər tərəfdən isə, radioaktiv maddələr əsrlər boyu aktivliyini saxlayır. Məsələn, plutoniumun yarımparçlanma dövrü 24 min ildir, sezium və stronsiumun isə 300 ildir. Bu isə o deməkdir ki, birki örtüyü az-çox əmələ gəlsə də, o sağlamlıq üçün təhlükəlidir. Rus stansiyalarından Murmansk, Leninqrad, Smolensk və Kursk vilayətlərində olanlar daha təhlükəlidir. Birinci 1973-1974- cü illərdə tikilib, qalan üçü isə Çernobıldakı AES-in reaktoru ilə eyni tipli reaktora malikdir. Rosatom gəlir götürmək üçün vədlər verir və Putini saymayan Rusiya rəsmilərinin istədiklərini etmək kobudluğu öz sözünü deyir. Hələ ki, pul gəlir onlar narahat deyillər. Onlar təhlükə siqnallarını əsassız hesab edirlər və bildirirlər ki, başqa ölkələr də bu cür stansiyalalrdan istifadə edirlər. Faktiki bir çox ölkələr AES-lərdən istifadəni azaldır. Ojarovski deyir ki, 2050-ci ilə qədər AES-lər planetin elektrik enerjisinə olan ehtiyacının üçdə birindən də azını təmin edəcək: “Bu məsələdə Rusiya küləyə qarşı gedir. Rusiyada Çernobıl və Fukusima kimi irimiqyaslı nüvə qəzalarının riski artır. Bu nüvə qəzalarına əsas namizəd Belorusiyadakı AES-dir, çünki, onun reaktorları kifayət qədər çirklidir və həqiqətən də heç bir reaktor təhlükəsiz adlandırıla bilməz: hər bir reaktorun işi – rus ruletkasıdır”. “Avropa dövlətləri artıq bunu anlayırlar”, Ojarovski deyir. “Amma Rusiyanın hər vaxt olduğu kimi xüsusi yolu var”. Muxalifet.az