Ekspertdən dollarla bağlı KRİTİK AÇIQLAMA: Kəskin artacaq

Baxış sayı:
5311

“Türkiyə Ali Seçki Komissiyası (YSK) İstanbuldakı seçkinin nəticələrini ləğv etməsi qardaş ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyini proqnozlaşdırıb.
“Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda, yaxın zamanlarda Türkiyə pulu “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər. Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələbi kəskin artacaq. Yalnız investorlar deyil, eyni zamanda, əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına, həmçinin psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır”, - Vüqar Bayramov qeyd edib.