​Ekspert Rusiyanın SİRRİNİ AÇDI: Putinin “yeni” taktikası

Baxış sayı:
4123

Nüfuzlu ABŞ nəşrləri Rusiyanın Sovetlərin “qapalı hərbi şəhərcik” taktikasına geri döndüyü fikrini irəli sürüb. Rusiya Müdafiə Nazirliyinin Qara dənizdə ilk hərbi texnopolis yaratmaq planları yüksək qiymətləndirilib. Rus ekspertlər isə hərbi texnopolislər yaratmaq fikrini birmənalı qarşılamasalar da, ZATO-ya (qapalı inzibati-ərazi vahidi) dönüşün olmayacağına əminliklərini ifadə ediblər.
Muxalifət.az xəbər verir ki, Rusiya məsələləri üzrə ABŞ-dan olan ekspert Samuel Bendett “Nəşnl İnterest” üçün yazdığı yazısında Anapa şəhərində inşa edilən hərbi texnopolisə diqqət çəkib.
Ekspert Rusiyanın da Sovet İttifaqı kimi elm və sənaye resurslarını xaricilərin girişinə qapalı olan ərazilərdə cəmləşdirməyə hazırlaşdığını hesab edir.
Vaşinqtonun hərbi sənaye kompleksinə qarşı qlobal mübarizəyə köklənən Moskvaya (Sovetlər zamanında) rəqibləri ilə ayaqlaşmaq və onları ötmək üçün ən geniş texnologiyalar və fikirlərlə çalışan qabiliyyətli vətəndaşlar lazım idi. İndi dörddə bir əsrdən çox keçdikdən sonra Rusiya bənzər bir şəkildə bu taktikaya geri qayıdır”, - Bendet bildirib.
Xatırladaq ki, söhbət “Era” texnopolisindən gedir. Onun yaradılması barədə xəbər fevralın 22-də yayımlanıb./axar/