​Ekspert: İsrail Bakıya kömək etməyə hazırdır

Baxış sayı:
3259

İsrail ərəb ölkələri ilə dostluq etsə də, Tel-Əviv məhz Azərbaycanı strateji tərəfdaş sayır.
Muxalifet.az xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında İsrailin tanınmış politoloqu Yuriy Boçarov bildirib.
Onun sözlərinə görə, İsrail dəfələrlə  Azərbaycanın yəhudi dünyasında və yəhudi diasporunda bələdçisi olmağa hazır olduğunu bəyan edib.
“İsrail Azərbaycana öz maraqlarını təbliğ etməkdə yardım göstərməyə hazırdır. Dünya ölkələrinin “ikili standartları” fonunda, biznesin geo-siyasəti müəyyən etdiyi bir dövrdə  bizim dövlətlər bir-birinə dəstək olmağa hazırdır”,- deyə ekspert bildirib.