​EKS-PREZİDENTİN QIZINDAN ŞOK AÇIQLAMA: “İŞİD-dən heç bir fərqiniz yoxdur”

Baxış sayı:
3778

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi ölkə rəhbərliyini kəskin tənqid edib.
 
Belə ki, Faizə Haşimi qadınlara münasibətdə İran hakimiyyətinin İŞİD terror təşkilatından fəqlənmədiyini bildirib.
 
O qeyd edib ki, inqilabdan ötən 40 il ərzində qadınların ictimai fəaliyyətində, yüksək vəzifələrə təyin olunmasında, eləcə də siyasətdə təmsil olunmasında heç bir irəliləyişə nail olunmayıb, əksinə, bu sahədə ölkə daha da geriləyib.
 
Faizə Haşimi bunun əsas səbəbinin İran hakimiyyətinin qadın haqlarına siyasi müstəvidən yanşmasında olduğunu bildirib:
 
“İran hakimiyyəti Qərb dəyərlərindən qorxur. Məsələn, buna görə də qadınların stadionlardan idman yarışlarına tamaşa etməsi qadağan edilib. Halbuki İslam dini və heç bir islam ölkəsində belə hal yoxdur. İranlı rəsmilər və ayətullahlar isə bu məsələni siyasiyəşdirirlər”.