​Ekoloji təhsil sistemi Azərbaycanın uğurlarından biridir

Baxış sayı:
121

Praktiki olaraq hər bir işçi dövlət hakimiyyətində və idarədə müvafiq ümumi və professional ekoloji hazırlığa ehtiyac duyur

Ölkəmizin dövlət müstəqilliyinə qovuşmasından sonra, bəşəri problemlərdən biri kimi bilinən ekologiya üzrə ilk dəfə olaraq bu sahə üzrə xüsusi kadrların hazılanması ilə bağlı dövlət qanunları qəbul edildi. Bununla yanaşı, texniki elmlər üzrə təhsil müəssisələrində fakültələr və kafedralar yaradıldı. Artıq Azərbaycanın öz təhsil sistemində bu sahəyə xüsusi olaraq milli kadrların yetişdirilməsi vacib şərtlərdən biri kimi dəyərləndirilir. Ekoloji problemlər üzrə bir sıra elmi tədqiqatların aparılması isə beynəlxalq korporasiyaların da xüsusi maraq dairəsinə daxil edilibdir. 10 dekabar 2002-ci il tarixində mərhum dövlət başçısı Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirilməsi üçün ekologiya barəsində təhsil üzrə ilk dəfə olaraq “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” imzalanmışdır.
Ekoloji mədəniyyətin formalaşmasında məqsədyönlü ekoloji təhsil sistemi
Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ətraf mühitin keyfiyyəti, sağlamlığı-insanın əsas hüququnu və sivilizasiyanın inkişafının əsas məqsədini müəyyən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər öz əhəmiy­yətini itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla kifayətlənməməli, onun əsas hissəsinə çevrilməlidir. Tarix mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanunauyğunluğun mənimsənilməsi üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasındın ötrüdür, spesifik so­sial-təbii qanunauyğunluqları və davranışların normativlərini mə­nimsəmək üçündür. Bununla da gələcəkdə insanın mövcudluğu və inkişafı mümükündür. Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşı­sında məsuliyyət hissinin olmaması ekoloji böhranların mənbəyi­dir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiə­tə istehlak münasibəti mövcuddur; əhali arasında ətraf mühiti öy­rənmək, onun yaxşılaşdırılmasında iştirak etmək tələbi de öz inki­şafını tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır. Ekoloji təhsil dedikdə, ümumi ekoloji mədəniyyətin, hər planet sakinində ekoloji məsuliyyətin formalaşmasına yönəlmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi, planetimizin hər sakininin ekoloji məsuliyyəti başa düşülür. Mütəxəssislər məsuliyyətə şəxsiyyət və cəmiyyətin qarşılıqlı asılılıq və universal əlaqə forması kimi baxır. Şəxsiyyətin forma­laşması ölkənin və yaxın adamların, doğma diyarın və bütün palne tin taleyi üçün məsuliyyət hissinin tərbiyə edilməsi ilə bağlıdır. Ekoloji məsuliyyət özünə nəzarət, özünün hərəkətlərinin ətraf mühitə təsirinin yaxın və uzaq nəticələrini görmək qabiliyyəti, özünə və başqalarına tənqidi yanaşmaq və s. ilə bağlıdır. Təbiətə münasibətlə əlaqədar əxlaqi tələblərə riayət edilməsi mümkün cə­zaya görə qorxu və ətraf mühit tərəfindən məzəmmət deyil, möh­kəm etiqadın inkişafını göstərir. Öz fəaliyyətlərilə təbii mühitə və insanların sağlamlığına zərər­li təsir göstərənlər zəruri ekoloji hazırlıqdan keçməlidirlər, belə ki, bunu onları vəzifəyə təyin edən zaman, həmçinin attestasiya zama­nı nəzərə almaq lazımdır. Belə hazırlığa malik olmayan şəxslər işə buraxılmamalıdır. Əgər nəzərə alınsa ki, insanın istənilən bütün fəaliyyəti qeyri-səmərəli olduqda onun təşkili ətraf mühit üçün təhlükəli ola bilər, onda aydın olur ki, praktiki olaraq hər bir işçi dövlət hakimiyyətində və idarədə müvafiq ümumi və professional ekoloji hazırlığa ehtiyac duyur. Bununla əlaqədar olaraq, pedoqoji işçilərin beynəlxalq ekoloji təhsili ümumtəhsil sistemində apancı istiqamət kimi tanıyır, dövlət və hökumətlərə qlobal ekoloji böhran şəraitində təhsil sahəsində uyğun siyasət hazırlamağı məsləhət görürlər.
Ekoloji təhsil ilə təhsil sisteminin ekologiyalaşdınlması bir-bi­rindən fərqlənir. Onlar qarşılıqlı əlaqədə olsalar da, müxtəlif xarak­terli və səviyyəli ekoloji biliklərin bilavasitə mənimsənilməsidir. Ekoloji təhsilin iki əsas istiqaməti ayrılır: ətraf mühitin və insa­nın mühafizəsinin ümumi ideyaları ruhunda tərbiyə, təbii və antro­pogen ekosistemlərin varlığının ümumi qanunauyğunluqları haq­qında xüsusi peşəkar biliklərin əldə edilməsi. Hər iki istiqamət qarşılıqlı əlaqədədir, çünki onların arasında ekoloji qanunauyğun­luqların dərk edilməsi, yanaşması prinsipləri durur.
Təhsil sisteminin ekologiyalaşdınlması - ekoloji ideyalann, an­layış, prinsip, yanaşmalann başqa təlimlərə nüfuz etməsini, ekoloji cəhətdən müxtəlif sahə mütəxəssislərinin hazır­lanmasını nəzərdə tutur. Təhsil sistemi elmi tədqiqatlardan həmişə geri qalır. Çox vaxt həlli operativlik tələb edən ekoloji problemlərin xüsusiyyətini nəzə­rə alsaq, bu cür gerilik minimuma endirilməlidir. Ekoloji təhsil sis­teminin bağlayıcı, onun əsas inkişaf amillərindən biri olmalıdır.

Ekoloji təhsil proqramı üzrə hökumətin addımları

"Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları"nın və "Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 2 iyun 2003-cü ildə Nazirlər kabinetinin 75 saylı qərarı qəbul edilmişdir. Qərardas qeyd olunur ki, əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 saylı fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları" və "Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bununla yanaşı, Nazirlər Kabineti ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi qaydaları haqqında ayrıca qərar qəbul etmişdir. 
1.1. Bu Qaydalar "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 saylı fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının (bundan sonra – dövlət proqramları) tərtib edilməsi, hazırlanması, qəbul edilməsi və dərc olunması qaydalarını müəyyən edir.
1.2. Dövlət proqramlarının məqsədi ictimaiyyət arasında ekoloji tərbiyə, təbliğat, təhsil və maarifləndirmə üzrə dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
1.3. Dövlət proqramları təhsil və maarifləndirmənin xüsusiyyətlərini nəzərə almaqla ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunub saxlanılmasına, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və bərpasına dair bütün sahələri, eləcə də bir və ya bir neçə sahəni əhatə edə bilər.

Ekoloji təhsil sahəsində dövlət proqramı

2 iyun 2003-cü il tarixdə Nazirlər Kabinetinin 75 saylı qərarı bu proqram təsdiq edilmişdir. Proqramın əsas müddəaları isə bunlardır:
2.1. Dövlət proqramları hazırlanarkən ətraf mühitə, ekologiya, insan və təbiət arasında qarşılıqlı əlaqələrə və ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş ekoloji bilik və təcrübə əsas götürülür.
2.2. Dövlət proqramlarında hər kəsin təbiətə qayğı və məsuliyyətli münasibət bəsləməsi ruhunda tərbiyə olunması üçün müvafiq müddəalar öz əksini tapmalıdır.
2.3. Dövlət proqramlarının layihələri ictimaiyyətlə müzakirə edilməli və bu müzakirələrdə əhalinin geniş iştirakına şərait yaradılmalıdır.
3.1. Dövlət proqramları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının təhsil nazirliyi tərəfindən hazırlanır.
3.2. Dövlət proqramlarının hazırlanmasında digər dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları və vətəndaşlar iştirak edə bilərlər.
3.3. Dövlət proqramları hazırlanarkən ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən, o cümlədən qeyri-ənənəvi enerji mənbələrindən səmərəli istifadə, biotexnologiya, ekoloji proseslərin və biosistemlərin riyazi modelləşdirilməsi, ekoloji idarəetmə və s. sahələr üzrə elmi-texniki nailiyyətlərə dair, habelə əhalinin ekoloji təhsili və maarifləndirilməsi istiqamətində estetik zövq və vətəndaş mövqeyinin formalaşmasına, bu sahədə emosional və intellektual həssaslığın tərbiyə olunmasına dair təkliflər nəzərə alınır.
3.4. Dövlət proqramları hazırlanarkən beynəlxalq təcrübədən istifadə olunur.
3.5. Dövlət proqramları "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan Ekoloji Təhsil və Maarifləndirmə üzrə Sahələrarası Komissiyanın rəyi nəzərə alınmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Bununla yanaşı, Nazirlər kabineti ekolojİ təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında ayrıca səasnamə qəbul edibdir. Əsasnamədə isə bunlar yer alıbdır:
1.1. Bu Əsasnamə "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 saylı fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuralarının fəaliyyətini tənzimləyir.
1.2. Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları (bundan sonra – məsləhət şurası) ekoloji təhsilin və maarifləndirmənin təşkili və icrası ilə məşğul olan müvafiq hüquqi şəxslərin, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nəzdində yaradılır.
1.3. Məsləhət şurası daimi fəaliyyət göstərən məşvərətçi orqandır və öz işini kollegiallıq və aşkarlıq prinsipləri əsasında qəbul etdiyi qərarlara uyğun qurur. Məsləhət şurasının qərarları tövsiyə xarakteri daşıyır.
1.4. Məsləhət şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu, təhsil və ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və digər normativ hüquqi aktları, tabe olduqları hüquqi şəxslərin, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qərarlarını, bu Əsasnaməni rəhbər tutur və Ekoloji Təhsil və Maarifləndirmə üzrə Sahələrarası Komissiyanın tövsiyələrini nəzərə alır.
Qeyd edək ki, məhz bu qanunlar çərçivəsində Memarlıq və İnşaat Universiteti, Dövlət Dəniz Akademiyası, Aviasiya Akademiyası, Texnologiya Universiteti, Gəncə Aqrar Universiteti, Xəzər Universiteti, Neft Akademiyası, Qərb Universiteti, Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Fövqəladə Hallar Akademiyasında Azərbaycanın ekologiya üzrə milli kadrlarının yetişdirilməsinə başlanılıbdır. Ekologiya üzrə yerli kadr potensialının hazırlanması bu sahə üzrə tələb olunan kadrlara olan tələbatın ödənilməsi deməkdir.