​Egey dənizində türk və yunan balıqçılar arasında insident! – Türklər atəş açıblar…

Baxış sayı:
4930

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Egey dənizində türk və yunan balıqçılar arasında insident yaşanıb, guya türklər yunan balıqçılara atəş açıblar.
«Alpha» telekanalının xəbər verliyi kimi, insident «Leros» yunan adasının 300 metrliyində baş verib. Bu adanın «Dodekanes» adalar qrupuna daxil olduğu bildirilir.
Xəbərdə qeyd olunur ki, türklər yunanların iki qayığına odlu silahdan atəş açıblar. Nəticədə yunan qayıqları balıq ovlanan rayonu təkr etməli olublar. Türk balıqçılar isə beynəlxalq sulara qayıdıblar.
Yunan balıqçılardan birinin sözlərinə görə, türklər azı 6 atəş açıblar. İnsident barədə sahil-mühafizə xidmətinə məlumat verilib.