“Ege” hospitalda daha bir faciə - Bu dəfə xarici vətəndaş öldü

Baxış sayı:
6280

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.
"Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Ege” hospitalında qeydə alınıb.
Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, "Ege" hospitalı əvvəl "Grand" adı ilə fəaliyyət göstərib və tez-tez həkim səhlənkarlığı, xəstə ölümü xəbərləri ilə gündəmə gəlib.