Efirdə Ərdoğanın falına baxdı - Ağlasığmaz proqnozlar verdi / VİDEO

Baxış sayı:
3223

Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən MBC televiziyasının efirində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın falına baxılıb.

Türkiyə mənbələri xəbər verir ki, misirli jurnalist Amr Adebin təqdim etdiyi proqramda Ərdoğan üçün pis proqnozlar səsləndirilib. Falçı qadının iddialarına görə, 2020-ci il Türkiyə prezidenti üçün yaxşı başlayacaq. Lakin ilin sonunda Ərdoğan xoşagəlməz hadisələrlə üzləşəcək.

Qeyd edək ki, MBC televiziyası Səudiyyə Ərəbistanına məxsusdur. Telekanalı Türkiyəyə qarşı siyasəti ilə seçilən ərəb ölkələri maliyələşdirir./Publika.az