Efirdə 7-ci sinif şagirdini sevib evləndiyini deyən müəllimlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Baxış sayı:
7039

Xəbər verdiyimiz kimi, “Space” kanalında yayımlanan “El bizim, sirr bizim” verilişində maraqlı anlar yaşanıb. Belə ki, "Tәhsilli vә işlәyәn xanımların ev işlәrindә rolu" mövzusunun müzakirəsi zamanı özünü baş redaktor kimi təqdim edən Mirismayıl Xәlәfli 7-ci sinif şagirdini sevdiyini, daha sonra onunla ailə həyatı qurduğunu açıqlayıb. Jurnalistin bu açıqlaması sosial şəbəkədə etiraza səbəb olub. Bir çoxları həmin şəxsi pedofil adlandıraraq bu cür insanların efirə çıxmasına qadağa qoyulmalı olduğunu bildirib. 

Bununla bağlı big.az-a açıqlama verən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, bu, qonaq kimi iştirak edən şəxsin öz fikridir:

"O, öz düşüncəsini söyləyib. Bunu təbliğat kimi dəyərləndirmək düzgün olmaz. Kimsə onun sözlərini bəyənməyə bilər. Əlbəttə, mən bunu dəstəkləmirəm. Aparıcı hardan bilərdi ki, bu insan o düşüncədədir. Şəxsən, onun dediyi sözlər mənim də xoşuma gəlmədi”.

Efirdə 7-ci sinif şagirdini sevib evləndiyini deyən müəllimlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO