​Edin Ceko türk klubunda! - Bu axşam İstanbula gələcək

Baxış sayı:
10552

Bu mövsüm Superliqada gözləntiləri qarşılamayan və turniri tərk etmək təhlükəsi ilə qarşılaşan “Fənərbağça” növbəti mövsüm üçün hazırlıqlarını erkəndən başlayıb.
Muxalifet.az xəbər verir ki, “sarı-lacivərdlər” dünyaca məşhur hücumçu Edin Cekonu heyətinə qatacaq.
Tərəflər arasında rəsmi görüşlər başlayıb. Ceko menecer Mirsad Türkcan tərəfindən İstanbula gətiriləcək. Futbolçu “Fənərbağça”nın prezidenti Ali Koç ilə axşam saatlarında xüsusi görüş keçirəcək.
Qeyd edək ki, 33 yaşlı bosniyalı Ceko hazırda “Roma” forması geyinir.