E-sosial.az saytında problem yarandı – SƏBƏB

Baxış sayı:
1636

Xüsusi karantin rejimi dövründə işsiz və işaxtaranlara verilmək üçün nəzərdə tutulmuş 190 manat birdəfəlik maddi yardım üçün edilən müraciətlər müvəqqəti dayandırılıb.

Muxalifet.az xəbər verir ki, buna səbəb işsiz kimi online qeydiyyatdan keçmək üçün yaradılmış internet portalında(https://e-sosial.az/#/index) profilaktik işlərin aparılmasıdır. Bu barədə sözügedən sayta daxil olmaq istəyərkən açılan pəncərədə yazılır: “Profilaktik işlərin aparılması ilə əlaqədar olaraq saytın fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Saat 15:00-da saytın fəaliyyəti bərpa ediləcəkdir!”.