DYP-nin baş inspektoru sahibkarlara qənim kəsilib – BƏRDƏLİ SAHİBKAR PREZİDENTƏ MÜRACİƏT ETDİ

“Anar Məmmədov müəssisəyə məxsus tikinti materiallarını maşınla birgə DYP-nin Bərdə rayon şöbəsinə aparıb, qarşılıgında məndən 500 manat pul tələb edir”
Bərdədə çalışan sahibkar Elnur Əliyev prezidentə müraciət edib. Müraciətin mətnini Hurriyyet.org-a göndərən E.Əliyev xırda sahibkarlıqla məşğul olduğunu deyir.
Sahibkra Bərdə rayon DYP-nin baş inspektoru Məmmədov Anar Akif oglunun özbaşınalıgından şikayətçidir:
“Mən Bərdə rayonunda xırda sahibkarlıqıa məşqul oluram. Müəssisəmdə 5-6 qaçqın ailəsi çalişir, ailələrini dolandırırlar. Ancaq son günlər işimiz tamam dayanıb, səbəbi isə Bərdə rayon DYP-nin baş inspektoru Məmmədov Anar Akif oglunun müəssisəyə məxsus tikinti materiallarını maşınla birgə DYP-nin Bərdə rayon şöbəsinə aparıb, qarşılıgında məndən 500 manat pul tələb etməsidir.
Anar Məmmədov artıq bir neçə dəfədir ki, müəssisəyə gələn və çıxan materialları müxtəlif bəhanələrlə şöbəyə apardığından, biz müştərilərimizi itiririk. Çünki müştərilərimizin sifarişlərini vaxtında ünvana çatdıra bilmirik.
Cənab prezident!
Siz dəfələrlə çıxışlarınızda məmur özbaşınalığına son qoyulması və yerli sahibkarlara şərait yaradılması üçün öz göstərişlərinizi vermisiniz. Ancaq Anar Məmmədov kimiləri hələ də sizin bu tapşırığınızdan dərs almayıblar. Onun kimə arxalandığını bilmirəm, ancaq biz Sizə arxalanırıq”.
Sahibkar Elnur Əliyev inanır ki, Anar Məmmədovun bu özbaşınalığına son qoyulacaq, haqq-ədalət öz yerini tapacaq.
Muxalifet.az
Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.