“Dəvə kəsmək istəyirəm...” - məşhurlardan kimlər qurban kəsəcək?

Baxış sayı:
151

Qurbanlıq necə kəsilməli və necə paylanmalıdır...

Gələn həftə müsəlman ölkələri, o cümlədən Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Bu il Qurban bayramı 12-13 avqust tarixlərinə təsadüf edir. Hər il olduğu kimi, bu il də ölkəmizdə müsəlmanların bayram günlərində qurban kəsib, ehtiyacı olan insanlara, qohum və yaxınlara paylayacağı, uzaqda yaşayan qohumlara baş çəkib, yaxınlarının qəbirlərini ziyarət edəcəyi gözlənilir.

Bəs tanınmışlardan kimlər qurban kəsəcək?

Mövzu ilə bağlı bir neçə tanınmışlar arasında mini- sorğu keçirdik.

Картинки по запросу ADP sədri Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu hər zaman Qurban bayramında qurban kəsdiyini və bu il də ənənəsinə sadıq qalacağını bildirdi.

Картинки по запросу AĞ Partiya sədri Tural Abbaslı 

AĞ Partiya sədri Tural Abbaslı bu il də qurban kəsməyə niyyətli olduğunu bildirdi: “İnşallah, bu il də niyyətim var. İmkan çatan qədər qurban kəsməyə çalışacam. Əlbəttə ki, niyyətimiz var, bu niyyətin qismət olması isə Tanrıdan asılıdır. Ümumiyyətlə, Qurban - müsəlmanların müqəddəs bayramıdır. Imkanı olanlar həmin günlərdə qurban kəsməli, imkansızlara, yaxınlara və özlərinə qurban əti hədiyyə etməlidirlər. Bununla da həm yardımlaşma nümunəsi olur, həm də dinimizin ayinlərini yerinə yetirmiş oluruq. Arzu edirəm ki, hər bir müsəlmana qurban kəsmək imkanı nəsib olsun”.

Картинки по запросу Əməkdar artist Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan da, hər il olduğu kimi ildə bayramda qurban kəsəcəyini bildirdi: “Qurban  bayramı bizim müqəddəs bayramımızdır. Allah İbrahim peyğəmbərə onun imanını yoxlamaq üçün oğlu İsmayılı qurban kəsməyi əmr edir. İbrahim peyğəmbər buna razı olduğunu bildirəndə Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona qoç göndərdi. Çox şükürlər olsun ki, Allah bizə də qurban kəsmək üçün imkan yaradır. Məlum olduğu kimi, indi zəvvarlar Həcc ziyarətinə gedir. Allah onların ziyarətlərini qəbul etsin. Ümumiyyətlə, arzum budur ki, hər kəsin ziyarətini və kəsəcəyi qurbanları qəbul etsin, xoş niyyətlərinə çatdırsın, günahlarını bağışlasın”.

Картинки по запросу Tamada Nazilə Səfərli

Tamada Nazilə Səfərli: “Bu il başqa qurbanım da var. Doğrudur, deyirlər bayram günündə başqa qurban kəsmək olmaz. Amma yəqin ki, buna görə bayramdan bir gün əvvəl qurban kəsməyə başlayacam. Yəni bayramlıqdan əlavə qurbanım olacaq. Oğlum bu yaxınlarda qəzadan sağ-salamat qurtardı, şükür ki, ölüm-itim olmadı, buna görə daha bir qurbanım var.

İstəyirəm ki, dana kəsim ki, çox adama çatsın. Çünki illərdir ki, mən qurbanlıq kimi qoyun kəsirəm və bu çox adama çatmır, evə də gəlib çatmır. Arzulayıram ki, dəvə kəsim. Lakin dəvə bugünkü büdcəmə uyğun gəlmir. Əlbəttə ki, dəvə kəsmək çoxunun arzusudur. İnşallah ki, gələcəkdə Allah daha artıq imkan yetirər və dəvə kəsərik".

Bəs qurbanlıq necə kəsilməlidir?

Dindarlar bildirir ki, Həcc ziyarətində qurban kəsmək vacibdir. Lakin Həcc ziyarətində olmayan şəxslərin də qurban kəsməsi savabdır, müstəhəbdir. Lakin vacib deyil. İmkan olmadan, özünü çətinliyə salıb qurbanlıq almaq da doğru deyil. Əksinə, imkanlı şəxslər qurbanı kəsib həmin o imkansız şəxslərə verməlidir. Yəni qurbanın Allah dərgahında daha fəzilətli şəkildə qəbul olunması fəqir insanların o qurban ətinin payından istifadə etməsidir.

Картинки по запросу Qurban bayramı

Borc pulla qurban kəsmək doğru deyil. Əgər qurban kəsməyə imkan olmazsa, bir neçə adam bir yerə cəmləşib bir iribuynuzlu heyvanı alıb, onu qurban kəsə bilər. Bu zaman bölgü aparanda heyvanı birlikdə alan şəxslər bir-birinə halallıq verməlidir. Şərikli kəsilən qurbanın hər şərikə çatan payı da üç hissəyə bölünməlidir. Onun bir hissəsi qurban sahibinə, digər hissəsi kasıb, imkansız ailələrə, üçüncü hissəsi isə pay kimi qoyum-əqrəbaya verilir.

İlahiyyatçılar bildirir ki, qurbanı əsasən Qurban bayramı günü kəsmək daha uyğundur. Bayramdan sonrakı iki gün ərzində də qurban kəsmək olar, bunun bir eybi yoxdur.

Qurbanlıq heyvan üzü qibləyə yerə uzadılır. Boğazındakı 4 iri damar (qida borusu, nəfəs borusu və daha iki damar) iti kəsən dəmir (polad) bıçaqla birdəfəyə kəsilir. Damarların bəzisini kəsib gözləmək, sonra o birilərini kəsmək olmaz (dəvənin kəsilməsi bundan bir qədər fərqlidir). Qurbanlıq heyvanı müsəlman olan şəxs kəsməlidir. Heyvan üzü və ayaqları qibləyə sarı olmaqla (sol tərəfi üstə) yatırılır. Qurbanı kəsən zaman Allahın adı çəkilməlidir. Yəni qurban kəsən adam heyvanın boğaz damarlarını üzəndə “bismillah” və ya buna bənzər Allah adı olan zikrlərdən birini deməlidir. Qəsdən Allahın adı çəkilmədən kəsilmiş heyvan murdar sayılır və əti yeyilməz. Heyvanın boğazından kifayət qədər qan gəlməlidir.

Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı kəsməzdən əvvəl qabağına su qoyaraq içməsinə imkan verməsi də müstəhəb şərtdir. Həmçinin heyvana əziyyət olmasın deyə, bıçağı itiləmək və boğazını tez üzmək məsləhətdir. Buna görə də, heyvan kəsə bilməyən və təcrübəsi olmayan adamın bu işi təcrübəli bir şəxsə həvalə etməsi daha yaxşıdır. Əksinə, heyvanı başqa heyvanların gözü qarşısında kəsmək, boyundan başlayaraq boğaza doğru kəsmək, canı bədənindən çıxmayınca başını üzmək doğru sayılmır.

Heyvanın hansı hissələrini yemək olmaz?

Qurban niyyəti ilə, yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bunlar qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsidir./musavat