Düşmənin müdafiə naziri xaricdəki ermənilərə səsləndi: “Bizə pul göndərin, yoxsa...”

Baxış sayı:
7828

Ermənistanın müdafiə naziri David Tonayan Hərbi Sığorta Fondunun toplantısında xaricdəki ermənilərə yönəlik müraciətlə çıxış edib.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, çıxışında Hərbi Sığorta Fondunun həyat və sağlamlığına ziyan dəyən hərbçilərin, onların yaxınlarının maddi təminatında mühüm rol oynadığına diqqət çəkən Tonoyan, Fondun daha böyük maliyyə vəsaitinə ehtiyac duyduğunu bildirib. Bunun üçün xaricdəki ermənilərin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirən müdafiə naziri, onları aktiv olmağa, Hərbi Sığorta Fonduna daha böyük vəsaitlər göndərməyə səsləyib. Tonoyan qeyd edib ki, Hərbi Sığorta Fonduna ölkə daxilindən və xaricindən daxil olan vəsaitlərin artırılmasınba ciddi ehtiyac var. Çünki bunsuz yaralanan və öldürülən hərbçilərin ailələrinə yardım etmək mümkün deyil.
D.Tonoyanın bu çıxışı Ermənistan ordusunun sadəcə sırada yer alan əsgərlərinin deyil, hətta ölənlərinin də xarici donorlardan, lobbi və diaspor təşkilatlarının pulundan asılı olduğunu göstərir. Bu fakt sübut edir ki, Qarabağ müharibəsi başlayacağı təqdirdə artan erməni yaralılarına kompensasiya ödəmək üçün başda Tonoyan olmaqla, Ermənistanın Müdafiə Nazirliyinin bütün şəxsi heyəti Avropada əl açıb dilənməli olacaq.