Düşmənin çox sayda hərbi texnikası məhv edilib və ələ keçirilib - RƏSMİ / VİDEO

Baxış sayı:
1747

Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfindən döyüş meydanında tərk edilən digər zirehli texnikaları isə bölmələrimiz tərəfindən tam işlək vəziyyətdə ələ keçirilib.

Ordumuzun düşmənin hərbi hədəflərinə və hərbi texnikasına dəqiq zərbələri davam edir.