Düşmən yeni hərbi maşınlar aldı: “Yenə alacağıq!”

Baxış sayı:
23266

Ermənistan yeni hərbi maşınlar alıb. Moderator.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Sözügedən şəkillərin sosial şəbəkədə fotolarını yayan Ermənistanın Müdafiə Nazirliyi, hərbi maşın və texnikaların alınması prosesini ilin sonuna qədər davam etdirəcəklərini bildirib. Alınan hərbi maşınların erməni ordusunun ehtiyacına uyğun şəkildə bölüşdürüləcəyi bildirilir. Məlumat üçün qeyd edək ki, Ermənistan uzunmüddətli kreditlər hesabına Rusiyadan çoxlu sayda silah-sursat və hərbi texnika almaqdadır. Bu isə rəsmi İrəvanın Qarabağ prlbleminin sülh yolu ilə həllinə maraq göstərmədiyini, onun öz işğalçılıq siyasətində israr etdiyini göstərir.