​Düşmən qardaşlar razılaşdı - Koreya yarımadasında TARİXİ HADİSƏ

Baxış sayı:
6433

Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya aprelin sonunda iki ölkənin liderlərinin sammitinin keçirilməsi mövzusunda razılaşıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreya prezidentinin administrasiyasının xəbərində deyilir.
Həmçinin vurğulanır ki, Cənubi və Şimali Koreya hərbi gərginliyin azaldılması məqsədi ilə sıx konsultasiyaların keçirilməsi üçün “qaynar xətt”in yaradılması mövzusunda razılaşıblar. Xəbərə görə, razılaşma Cənubi Koreya nümayəndə heyətinin KXDR-ə ikigünlük səfəri zamanı əldə edilib.